Qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycanda üç limana giriş-çıxış müvəqqəti olaraq bağlanıb.
Dövlət Dəniz və Liman Agentliyinin binası
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Onun sözlərinə görə, Qaradağ, Dübəndi və Sahil limanlarına giriş-çıxış məhdudlaşdırılıb, digər limanlar isə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi bölgələrdə intensiv və güclü yağış, dağlıq ərazilərdə isə qar müşahidə olunur. Bakıda və Abşeron yarımadasında aprelin 5–6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 %-nə bərabərdir.
Bundan əlavə, bəzi ərazilərdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Şabranda 20 m/s, Gəncə və Daşkəsəndə isə 18 m/s-dək qeydə alınıb.
Aylin Bayraməliyeva
