Bu gün:

Siyəzən–Məşrif yolunda körpünün bir hissəsi uçub


Səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunda körpünün bir hissəsini dağıdıb.

Siyəzən–Məşrif yolunda sel nəticəsində körpünün dağılması səbəbindən quraşdırılan xəbərdarlıq nişanları


24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hadisə yolun 11-ci kilometrliyində, Gilgilçay üzərində yerləşən körpüdə baş verib və sel suları nəticəsində onun bir hissəsi uçub.

Məlumata görə, dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.

Qurum sürücülərə alternativ marşrutdan istifadə etməyi tövsiyə edib. Belə ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən ayrılan Alxanlı yolu müvəqqəti olaraq alternativ istiqamət kimi göstərilib.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et