“Türk Axını” qaz kəmərinin Serbiyadan Slovakiyaya qədər uzanan hissəsi Macarıstan ordusu tərəfindən mühafizə altına alınacaq.

Macarıstanın xarici işlər naziri Petro Siyarto
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Petro Siyarto məlumat verib.
Nazir bildirib ki, Macarıstan, Rusiya, Serbiya və Türkiyə boru kəmərinin təhlükəsizliyinin təmin olunması üçün qəti tədbirlər görmək barədə razılığa gəliblər.
Qeyd olunub ki, Serbiyadan Macarıstana gedən qaz kəmərinin yaxınlığında partlayıcı tapılıb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Macarıstan Baş naziri Viktor Orbana məlumat verib.
Macarıstan Baş naziri Viktor Orban Serbiyada qaz kəmərinin yaxınlığında partlayıcının aşkarlanması ilə bağlı təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Fidan Ağayeva
