Bu gün:

Lavrov Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib


Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.



24media.az APA-nın Moskva bürosunun məlumatına istinadən xəbər verir ki,danışıq İran tərəfinin təşəbbüsü ilə həyata keçirilib.


Bildirilib ki, Rusiya tərəfi Yaxın Şərqdə vəziyyətin uzunmüddətli və davamlı normallaşdırılması üçün İran ətrafında gərginliyin azaldılması səylərinin uğurlu nəticə verəcəyinə ümid etdiyini bildirib. Bu prosesə ABŞ-ın ultimatum dilindən imtina etməsi və vəziyyəti danışıqlar yoluna qaytarması töhfə verə bilər.


Nazirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında böhranın həlli üçün siyasi və diplomatik səylərin irəliləməsinə mane ola biləcək hərəkətlərdən çəkinməyə çağırıblar.


Onlar həmçinin AЕBA-nın mühafizəsi altında olan Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, mülki, sənaye və enerji infrastrukturuna qarşı ehtiyatsız və qanunsuz hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.


Nazirlər AES-in əməkdaşlarının həyatı və sağlamlığına təhlükə yaratmağın, bütün region üçün radioaktiv fəlakət riskinin qəbuledilməz olduğunu bildiriblər.


Lavrov AES-in əməkdaşlarından birinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et