Bu gün:

Mütəxəssislər plastik su şüşəsini heç vaxt təkrar istifadə etməməyin səbəblərini deyirlər


Mütəxəssislər plastik su şüşəsini heç vaxt təkrar istifadə etməməyin səbəblərini deyirlər. Bu ümumi olaraq səhvdir və bunu sonlandırmağın vaxtıdır.

Waterfilterguru.com-un qurucusu və baş su emalı mütəxəssisi Brayn Kampbelin sözlərinə görə, plastik su şüşəsinin təkrar istifadəsinə qarşı ən yaxşı arqument onların zərərli bakteriyalara malik olmasıdır. O qeyd edir: 

"İnsanlar su şüşələrini təkrar istifadə etmək üçün təmizləyərkən, onları düzgün təmizləməyə bilərlər və bu da bakteriyaların böyüməsinə səbəb ola bilər". 

Bundan əlavə, plastikdə zamanla kiçik çatlar və ya cızıqlar əmələ gələ bilər ki, bu da bakteriyaların böyüməsi üçün ərazilər yarada bilər. Bu, mədə-bağırsaq xəstəlikləri və digər infeksiyalar da daxil olmaqla, potensial sağlamlıq risklərinə səbəb ola bilər”, - Kempbel deyir.

Kampbel deyir ki, su şüşələri bir sıra plastik növlərdən hazırlana bilər, bəziləri digərlərindən daha təhlükəsizdir. Şüşənizin hansı materialdan hazırlandığını öyrənmək üçün etiketdəki təkrar emal koduna baxa bilərsiniz, bu kodun üzərində birdən yeddiyə qədər rəqəm var. Digər nömrələri daşıyan təkrar emal kodları ilə etiketlənmiş şüşələrdə əlavə kimyəvi maddələr ola bilər. Nəhayət, birdəfəlik su şüşələrini heç vaxt doldurmamağın daha vacib bir səbəbi var - ətraf mühit baxımından, ilk növbədə onları almağa keçmək yaxşıdır. Harvard Universitetinin Davamlılıq Ofisi yazır: 

"Şüşələnmiş suyun bütün həyat dövrü qalıq yanacaqlardan istifadə edir, qlobal istiləşməyə kömək edir və çirklənməyə səbəb olur". 

Onlar əlavə edirlər ki, hər il 17 milyon barel neft Amerikanın şüşə suya olan illik tələbatını ödəmək üçün kifayət qədər plastik su şüşələri istehsal etmək üçün istifadə olunur və birdəfəlik su şüşələrinin 86 faizi zibilliklərdə və ya zibil kimi yığılır.


Mənbə: BestLife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et