Baş nazir Əli Əsədovun sədrliyi ilə leysan yağışları və selin fəsadlarının aradan qaldırılması ilə bağlı müşavirə keçirilib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə leysan yağışları və selin fəsadlarının aradan qaldırılması ilə bağlı keçirilən müşavirə
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, müşavirədə bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
İclasda martın 26–28-də respublikanın müxtəlif şəhər və rayonlarında leysan yağışları və sel sularının vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.
Aylin Bayraməliyeva
