İranın həyata keçirdiyi raket hücumundan sonra İsraildə gərginlik artıb. Hücum nəticəsində ölkənin müxtəlif bölgələrində həyəcan siqnalları verilib. Hadisələr, əsasən, İsrailin cənub və mərkəzi hissələrində qeydə alınıb.
Necef səhrasında yerləşən sənaye zonasında bir fabrikada yanğın baş verib və ərazidən tüstü qalxdığı müşahidə olunub. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin aktiv olduğunu və raketlərin qarşısının alınmağa çalışıldığını bildirib. Tel-Əviv ətrafı da daxil olmaqla bəzi bölgələrdə binalara ziyan dəyib, lakin ilkin məlumata görə ölən və yaralanan olmayıb. Hadisə regionda hərbi gərginliyin davam etdiyini göstərib. Tərəflər arasında qarşıdurmanın daha da genişlənməsi ehtimalı narahatlıq doğurub. Beynəlxalq ictimaiyyət vəziyyətin sabitləşməsi üçün çağırışlar edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
