Paytaxtın Üzeyir Hacıbəyli küçəsinin bir hissəsində hərəkət zolaqlarının sayı artırılaraq yolun buraxıcılıq qabiliyyəti yüksəldilib.
Üzeyir Hacıbəyli küçəsində hərəkət zolaqlarının sayının artırılmasından əvvəlki və sonrakı vəziyyəti əks etdirən müqayisəli foto
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, küçənin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı 5-ə çatdırılıb.
Məlumata görə, həyata keçirilən dəyişiklik nəticəsində sözügedən ərazidə nəqliyyat axınının daha səmərəli təşkili və sıxlığın azaldılması təmin olunub.
Qeyd edilib ki, bu qərar vətəndaşların müraciətləri nəzərə alınaraq qəbul edilib və yol hərəkətinin optimallaşdırılmasına xidmət edir.
Aylin Bayraməliyeva
