Bu gün:

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq


Əhmədbəyli–Füzuli–Şuşa yeni avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanı və Zəfər yolu istiqamətinə ayrılan hissəsi strateji əhəmiyyət daşıyan nəqliyyat bağlantılarından biridir.

Əhmədbəyli–Füzuli–Şuşa yeni avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanı və Zəfər yolu istiqamətinə ayrılan hissəsi


24Media.az Report-a istinadən xəbər verir ki, sözügedən yolun bu hissəsi işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində inşa olunub.

Məlumata görə, bu istiqamət Füzuli Beynəlxalq Hava Limanına çıxışı təmin etməklə yanaşı, Şuşaya aparan Zəfər yolu ilə də inteqrasiya olunur. Bu isə həm sərnişin, həm də yük daşımalarının daha operativ və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır.

Qeyd olunur ki, layihə regionda logistika imkanlarının genişləndirilməsi, turizm potensialının artırılması və ümumilikdə iqtisadi aktivliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.

Həmçinin bildirilib ki, yeni yol müasir standartlara uyğun şəkildə inşa edilib və yüksək sürətli, təhlükəsiz hərəkətin təmin olunmasına xidmət edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et