“Bakı Metropoliteni” QSC sərnişin axınının tənzimlənməsi və qatarların hərəkətinin optimallaşdırılması istiqamətində yeni dəyişikliklər edib.
Bakı metrosunun stansiyasında bənövşəyi rəngli müasir qatar
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, sərnişin sayında müşahidə olunan artım nəzərə alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmələr və rəqəmsal həllərin tətbiqi nəticəsində pik saatlarda “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatarın hərəkəti təmin edilir.
Məlumata görə, günorta saatlarında – 12:30–14:30 və 16:00–17:00 aralıqlarında Yaşıl və Qırmızı xətlər üzrə qatarlararası interval 30 saniyə azaldılıb.
Eyni zamanda, səhər, günorta və axşam saatlarında sərnişin sıxlığının tənzimlənməsi məqsədilə “Koroğlu”, “28 May”, “Gənclik” və “Elmlər Akademiyası” stansiyalarına qədər sərnişinsiz hərəkət edən əlavə qatarlar xəttə buraxılır.
Aylin Bayraməliyeva
