Bu gün:

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarə ilə bağlı yeni detal açıqlanıb


Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi təyyarəyə kənar müdaxilə olmadığı müəyyən edilib.

Gürcüstanın düzənlik ərazisində qəzaya uğramış hərbi təyyarənin qalıqları


24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber”ə istinadən Ankara Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə və ya partlayıcı izinə rast gəlinməyib.

Məlumata görə, qəza ilə bağlı araşdırmalar davam etdirilir və hadisənin digər səbəbləri üzrə istintaq tədbirləri aparılır.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et