Bu gün:

Bakıda TDT hökumət başçılarının görüşü başa çatıb, bəyanat qəbul olunub


Bakıda “Gülüstan” sarayında keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü yekunlaşıb və birgə bəyanat qəbul olunub.

Bakıda “Gülüstan” sarayında keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü

24Media.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yekun nitqi ilə çıxış edərək gündəlikdə olan məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələrin aparıldığını bildirib.

Onun sözlərinə görə, iştirakçıların çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirilib.

Əli Əsədov vurğulayıb ki, ölkələr arasında mövcud qardaşlıq münasibətləri və qarşılıqlı etimad təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaradır.

Baş nazir tədbirin yekunu olaraq birgə bəyanatın qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin vitse-prezidenti, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, eləcə də TDT-nin Baş katibi iştirak edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et