2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
24Media.az Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 282 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 81,7 % azdır.
Məlumata əsasən, son bir ildə Azərbaycanın Böyük Britaniyaya ixracı 99,1 % azalaraq 654 min ABŞ dollarına düşüb. Bu ölkədən idxal isə 72,6 % azalaraq 38 milyon 627 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 0,6 %-ni təşkil edib. Bu çərçivədə ixracın payı 0,1 %, idxalın payı isə 1,4 % olub.
Aylin Bayraməliyeva
