Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizminin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır.
Pul sayan aparat və masanın üzərinə düzülmüş müxtəlif nominallı manat əskinasları
24Media.az Report-a istinadən xəbər verir ki, dəyişikliklərin əsas məqsədi yeni təsisçilər hesabına kapitalın artırılması zamanı yarana biləcək sui-istifadə hallarının qarşısını almaqdır.
Məlumata görə, bu çərçivədə mövcud hüquqi boşluqların aradan qaldırılması, prosesin daha şəffaf və tənzimlənən şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, cari ilin sonunadək hazırlanacaq qanun layihəsi aidiyyəti qurumlara təqdim ediləcək. Layihə qəbul olunacağı təqdirdə MMC-lərdə kapital artımı prosedurlarının daha effektiv və şəffaf idarə olunmasına şərait yaradacaq.
Aylin Bayraməliyeva
