Bu gün:

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır


Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və bu sahədə əməliyyatların rəqəmsallaşdırılması üçün normativ hüquqi akt layihələri hazırlanır.24Media.az Report-a istinadən xəbər verir ki, yeni yanaşma çərçivəsində avtomobil icarəsi xidmətlərinin daha şəffaf və effektiv təşkili, həmçinin bazarda vahid qaydaların tətbiqi nəzərdə tutulur.

Məlumata görə, layihələr üzrə sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə cari ilin sonunadək razılaşdırılması prosesi davam edir.

Gözlənilir ki, qəbul ediləcək yeni tənzimləmələr avtomobil icarəsi bazarında xidmət keyfiyyətinin yüksəldilməsinə, əməliyyatların rəqəmsal mühitə inteqrasiyasına və istifadəçi məmnuniyyətinin artırılmasına töhfə verəcək.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et