Bu gün:

Tramp: ABŞ NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir


ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp

24Media.az Report-a istinadən xəbər verir ki, o, bu barədə Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

Tramp qeyd edib ki, Alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması bu mövqeyinə təsir göstərib. O, NATO-nu “kağız pələng” adlandıraraq, təşkilata inamının olmadığını vurğulayıb.

ABŞ lideri bildirib ki, müttəfiqlərini İrana qarşı birgə əməliyyatda iştirak etməyə razı salmağa çalışmayıb, çünki bunun “avtomatik baş verməli olduğunu” düşünürdü.

Tramp həmçinin Rusiya-Ukrayna münaqişəsinə toxunaraq ABŞ-nin Ukraynaya verdiyi dəstəyi xatırladıb və müttəfiqlərin eyni yanaşmanı nümayiş etdirmədiyini deyib.

Bununla yanaşı, o, Böyük Britaniyanın Baş naziri Kir Starmeri Yaxın Şərqdəki münaqişədə iştirakdan imtina etdiyinə görə tənqid edib və ölkənin hərbi imkanları ilə bağlı sərt fikirlər səsləndirib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et