Azərbaycanda insanın klonlaşdırılması və bu sahə ilə bağlı bəzi biotexnoloji üsullar patent obyekti kimi qəbul edilməyəcək.
DNT zənciri üzərində aparılan genetik müdaxilə təsviri
24Media.az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Patent haqqında” qanuna dəyişikliyi imzalayıb.
Dəyişikliyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının dəyişdirilməsi üsulları, eləcə də insan embrionlarının sənaye məqsədləri üçün istifadəsi patent obyektləri siyahısından çıxarılıb.
Qanunvericiliyə edilən bu dəyişikliklər biotexnologiya sahəsində etik və hüquqi normaların qorunmasına yönəlib.
Aylin Bayraməliyeva
