Bu gün:

Bakı Dövlət Universiteti “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub


Bakı Dövlət Universiteti “Yer saatı” beynəlxalq kampaniyasına qoşularaq tədris korpusunda işıqları bir saatlıq söndürüb.

Bakı Dövlət Universiteti

24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, təşəbbüs “BDU könüllüləri” təşkilatı tərəfindən irəli sürülüb, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Kampaniya çərçivəsində martın 28-də saat 20:30-dan etibarən universitetin tədris korpusunda işıqlar bir saat müddətinə söndürülüb.

Qeyd edək ki, bu il dünyada “Yer saatı” aksiyasının 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal təşəbbüsə 2011-ci ildə qoşulub və həmin vaxtdan kampaniya hər il ölkədə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkatlardan biri olan “Yer saatı” iqlim dəyişikliyi ilə mübarizə məqsədilə milyonlarla insanı səfərbər edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et