Bu gün:

Azərbaycanda küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib


Martın 30-u axşam saatlarından başlayaraq 31-də Azərbaycanın bəzi bölgələrində küləkli hava şəraitinin müşahidə olunacağı gözlənilir və bununla bağlı sarı xəbərdarlıq elan edilib.24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Lerik və Yardımlı rayonlarında qərb küləyinin əsəcəyi gözlənilir.

Məlumata görə, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et