Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət edərək birlik və sülhə çağırış ediblər.
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores
24Media.az Report-a istinadən xəbər verir ki, cütlüyün bəyanatı Maduronun “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Müraciətdə qeyd olunub: “Məktublarınız və dualarınız bizə çatdı. Hər bir sevgi sözü, hər bir qayğı jesti, hər bir dəstək ifadəsi ruhumuzu doldurur və bizi mənəvi cəhətdən gücləndirir”.
Onlar həmvətənlərini ölkədə sülhün qorunması, milli birliyin möhkəmləndirilməsi, barışıq və qarşılıqlı anlayışa çağırıblar. “Qoy heç kim birgəyaşayış və hörmət dialoqu yolundan dönməsin. Bu, vətənin və yaxşılığın yoludur”, – bəyanatda bildirilib.
Qeyd olunur ki, ABŞ-nin 2026-cı il yanvarın 3-də keçirdiyi əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkə xaricinə çıxarılıb və hazırda ABŞ-da məhkəmə qarşısına çıxarılıblar.
İki gün sonra – yanvarın 5-də onlar Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb, ittihamları qəbul etməyərək günahsız olduqlarını bildiriblər.
Aylin Bayraməliyeva
