Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) gəmilərə Yəmənin ərazi sularından, xüsusilə strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazından uzaq durmaq tövsiyəsi verib.
Qırmızı dəniz, Ədən körfəzi və Babül-Məndəb boğazını göstərən coğrafi xəritə
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, çağırışın səbəbi Yəməndə fəaliyyət göstərən husilərin ABŞ və İsrailə qarşı münaqişəyə qoşulmasıdır.
Qeyd olunur ki, İranın ABŞ, İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazını bloklamasından sonra bəzi gəmilər alternativ olaraq Ərəb dənizi, Ədən körfəzi və Qırmızı dəniz marşrutlarından istifadə etməyə başlayıb. Lakin Yəməndə “Ənsar Allah” (husilər) hərəkatının martın 28-də İsraildəki hədəflərə raket zərbəsi endirməsi bu marşrut üzrə hərəkəti də risk altına salıb.
Məlumata görə, Avropa İttifaqının dəniz təhlükəsizliyi təşəbbüsləri əsasən Qırmızı dənizdə gəmiçiliyin qorunmasına və strateji boğazlarda təhlükəsizliyin təmin olunmasına yönəlib. Bu çərçivədə həyata keçirilən “Aspides” əməliyyatı regionda ticarət yollarının təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Aylin Bayraməliyeva
