Bu gün:

Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır


ABŞ-ın Tehrana danışıqlarla bağlı açıq siqnallar göndərməsinə baxmayaraq, paralel şəkildə İrana qarşı quru əməliyyatı planlaşdırdığı iddia edilir.

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf

24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf IRNA agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ öz tələblərini 15 bənddən ibarət siyahı şəklində təqdim edib və müharibə yolu ilə əldə edə bilmədiyi nəticələrə nail olmağa çalışır:

“ABŞ açıq şəkildə danışıqlarla bağlı siqnallar verir, eyni zamanda isə gizli şəkildə quru hücumu planlaşdırır”.

Qalibaf vurğulayıb ki, İran istənilən quru müdaxiləsini dəf etməyə hazırdır.

Bundan əvvəl “The Washington Post” qəzeti Pentaqonun İran ərazisində genişmiqyaslı müdaxilə əvəzinə, xüsusi təyinatlı qüvvələr və piyadalar vasitəsilə məhdud quru əməliyyatları variantlarını nəzərdən keçirdiyini yazmışdı.

Qeyd olunur ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatından sonra regionda gərginlik artıb. İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bəzi ölkələr hava məkanını müvəqqəti bağlayıb.

Əvvəllər ABŞ-ın Yaxın Şərq münaqişəsini tənzimləmək məqsədilə İran hakimiyyətinə 15 maddəlik plan təqdim etdiyi də bildirilmişdi.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et