Bu gün:

Ürəyi həddindən artıq yükləyən duz limiti müəyyən edilib


Vanderbilt Universitetinin yeni araşdırması göstərir ki, gündəlik natrium istifadəsində hətta kiçik bir azalma belə milyonların ürək sağlamlığını qoruya bilər.


Amerikalı alimlər ürəyə ciddi zərər verən duz istehlakının həddini dəqiq müəyyən ediblər. Vanderbilt Universitetinin apardığı yeni tədqiqata görə, gündə 4.200 milliqram natrium - tövsiyə edilən maksimum həddən demək olar ki, iki dəfə çox - istehlak edən şəxslərdə ürək çatışmazlığı riski 15% artır.

Tədqiqatçılar bu nəticəyə ürək problemləri riski yüksək olan ABŞ-nin cənub-şərq ştatları sakinlərinin uzunmüddətli sağlamlıq göstəricilərini izləməklə gəliblər. Araşdırma bu ay JACC: Advances jurnalında dərc edilib.

Tədqiqat həmçinin göstərib ki, hər əlavə 1.000 milliqram natrium ürək çatışmazlığı riskini 8% artırır. 

Yaxşı xəbər isə odur ki, çox böyük dəyişikliklər etmədən belə nəticəyə nail olmaq mümkündür. Tədqiqatçıların hesablamalarına görə, əhalinin orta natrium istifadəsini gündə 4.000 milliqrama endirmək 10 il ərzində yeni ürək çatışmazlığı hallarının 6,6%-nin qarşısını ala bilər.

Bununla belə alimlər problemin həllinin asan olmadığını vurğulayırlar. İnsanların gündəlik natrium istehlakının 70%-dən çoxu hazır və qablaşdırılmış qidalardan gəlir. 

Mənbə: Gizmodo

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et