Bu gün:

Bakıda yağıntı üzrə rekord göstəricilər qeydə alınıb


Martın 28-i saat 13:00-a olan məlumata görə, Bakı və Abşeron yarımadasında intensiv yağış davam edir. Son günlərdə yağıntı miqdarında rekord göstəricilər qeydə alınıb.

24media.az APA-ya istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, son 100 ildə ən yüksək göstərici 1988-ci il martın 21-də qeydə alınıb və həmin gün yağıntı 36.8 mm təşkil edib. Lakin 2026-cı il martın 27-də sutkalıq yağıntı 120 mm olub ki, bu da aylıq normanın 508 %-nə bərabərdir.

Aylıq göstəricilərə əsasən, 1988-ci ilin mart ayında ümumilikdə 83 mm yağıntı düşmüşdüsa, bu il martın ilk 27 günü ərzində 128 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 542 %-ni təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə əvvəlki rekordların yeniləndiyi bildirilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et