Bu gün:

Düzgün istifadəsi bilinməyən bəzi əşyalar - Bəziləri sizi təəccübləndirə bilər


Gündəlik həyatda insanlar bir çox əşyalardan istifadə edirlər. lakin onların bəzilərinin düzgün istifadə qaydası, istiadə məqsədləri tamamilə fərqlidir.  24Media.az sizlər üçün araşdırıb bu məhsulların əsas istifadə məqsədlərini tapdı:

Lolipop çubuqlarındakı dəlik 


 Lolipopu bitirdikdən sonra qalan ağ çubuqdakı dəliyin fit üçün qoyulduğu zənn edilir, amma reallıq belə deyil. Əslində, orada təhlükəsizlik üçün dəlik var! Bu dəlik lolipopu sabit saxlayır. Beləliklə, uşaqlar şəkərdən boğulma təhlükəsi ilə üzləşmirlər Ola bilər ki, hansısa uşaq çöpü udsun. belə olan halda, dəlik uşağın nəfəs almasına şərait yaradacaq.

Makyaı pambıqlarındakı səth


 Makiyaj pambıqlarında iki səth var; biri düz, digəri isə yastıqlı səthdir. Dırnaq lakını yastı tərəfi ilə, dolğun səthi vasitəsilə də  makiyajınızı silə bilərsiniz.

İki rəngli pozan


Ümumiyyətlə, mavi və narıncı rəngdə dizayn edilən bu pozanlar uşaqları sevindirmək üçün nəzərdə tutulmayıb. Silginin mavi tərəfi sərt kağızda qələm izlərini, narıncı tərəfi isə normal və ya zərif kağızlarda qələm izlərini silmək üçün nəzərdə tutulub.

 Sobanın altındakı siyirtmə


Sobanın altındakı siyirtmə, adətən, əşyaların saxlanması üçün istifadə olunur, lakin bu da doğru bilinən yanlışlar sırasındadır. Əslində, sobadan çıxan yeməyi qoymaq və yeməyi qurutmadan temperaturu saxlamaq üçün nəzərdə tutulub.

Tək istifadəli soslar


Fast food restoranlarında çox tez-tez qəbul edilən birdəfəlik souslar nimçəyə tökülərək istifadə edilmir. Paketi kiçik yerdən açıb kartofu sousa batırmaq olar. Beləliklə, nimçə də çirklənmir.

 Diş fırçasının kənarındakı cızıqlar

Diş fırçasının kənarlarında bu kiçik cızıqları görmüsünüzmü? Bu cızıqlar fırça köhnəldikdə rəngini itirir. Beləcə, siz onu dəyişdimək gərəkdiyini anlayırsınzı.

Karton içki qutularının qapaqları


Soyuq içki qəbul etdiyiniz zaman ətraf mühitin temperaturu ilə içkidən axan damcılar süfrənizi islada bilər. Bunun üçün içkinizin qapağını qabın altına qoya bilərsiniz. Karton və qapağın bir-birinə uyğun olduğunu görəcəksiniz.

Market arabalarındakı asılqanlar

Səbətin uşaq oturacağının düz qarşısındakı hissəsi təsadüfi deyil. Bu hissə çantalarınızı asmaq üçün istifadə edə biləcəyiniz asılqandır!

Şirə qutuları


Meyvə şirələrinin hər iki tərəfində yuxarı açıla bilən hissələr, əslində, qutunu buradan tutmaq üçün hazırlanmışdır. Bu istifadə ilə üzərinizə şirə sıçrama ehtimalını tamamilə aradan qaldırırsınız.

İçkilərin üzərindəki dəmir halqa


Kola kimi qazlı içkilərin içilən hissələrindəki dəlikli qapaq saman üçün nəzərdə tutulub. Samanı bura yerləşdirəndə samanın sürüşməsinin qarşısını almış olursunuz.


Mənbə: BestLife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et