Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupunun göndərilməsinə razılıq veriblər. Missiyanın məqsədi ölkədə artan risklərə qarşı dəstək göstərməkdir.

24media.az APA-ya istinadən xəbər verir ki, Brüssel mənbələri Ermənistanın intensiv hibrid fəaliyyətlərə məruz qaldığını və bu təhdidlərin xüsusilə seçkilər ərəfəsində artmasının mümkün olduğunu bildirir.
Məlumata görə, 9–14 nəfərdən ibarət qrupun martın sonu və ya aprel ayının əvvəlində 10–15 iş günü müddətinə Ermənistana göndərilməsi planlaşdırılır. Qrupun əsas vəzifələri xarici informasiya manipulyasiyaları və müdaxilələrinə, eləcə də kiber təhlükələrə qarşı mübarizə aparmaq olacaq.
Bununla yanaşı, missiya hökumətə seçki ssenariləri zamanı böhran idarəçiliyi, kəşfiyyat məlumatlarının mübadiləsi və qanunsuz maliyyələşdirmə hallarının aşkar olunması istiqamətində dəstək verəcək. Missiya başa çatdıqdan sonra hazırlanacaq hesabat Brüsselin Ermənistanla bağlı növbəti addımlarına təsir göstərəcək.
Arzu Qafarova
