Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

24media.az APA-ya istinadən xəbər verir ki,bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,əvvəlcədən xəbərdarlıq edildiyi kimi hazırda qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunur bəzi ərazilərdə intensiv yağıntılar qeydə alınır və bu şəraitin yaxın günlərdə davam edəcəyi proqnozlaşdırılır.
Qeyd olunub ki,ayrı-ayrı yerlərdə subasma bəzi dağ çaylarında isə qısamüddətli sel və daşqın ehtimalı var.
Nazirlik əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Belə ki,intensiv yağıntıların yarada biləcəyi subasma sel və daşqın risklərindən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq,belə hallarla qarşılaşdıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin tövsiyələrinə əməl etmək vacibdir.
Bildirilib ki,qaydalara biganə yanaşmaq insan həyatı üçün ciddi təhlükə yaradır və təhlükə zamanı 112 nömrəsinə zəng etmək tövsiyə olunur.
Fidan Ağayeva
