Qobustanda yol nəqliyyat hadisəsi baş verib nəticədə bir nəfər ölüb.

24media.az APA-nın Şirvan bürosuna istinadən xəbər verir ki,hadisə bu gün saat 12:00 radələrində Bakı Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki,Hyundai markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə nəqliyyat vasitəsində olan sərnişin 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Fidan Ağayeva
