Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması region üçün əhəmiyyətli addım hesab olunur və qarşılıqlı ticarətin inkişafına töhfə verir.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə (Qazaxıstan) Avrasiya Hökumətlərarası Şurasının geniş formatda keçirilən iclasında bildirib.
Qriqoryan Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdırdığını vurğulayıb.
Baş nazirin müavini qeyd edib: “Bu kontekstdə son vaxtlar Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması bizim üçün xüsusilə mühüm hadisədir. Bu addım regionun bütün potensialının üzə çıxarılması üçün yeni perspektivlər açır və qarşılıqlı ticarətin artmasına kömək edir”
Aylin Bayraməliyeva
