Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət edərək, bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Prezident İlham Əliyev
24Media.az Report-a istinadən xəbər verir ki, martın 27-də baş tutan ziyarət zamanı Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb, daha sonra səfir ilə söhbət edib.
Dövlət başçısı bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin həyat və fəaliyyətinin nəcib amallara, eləcə də dinlərarası dialoqun təşviqinə həsr olunduğunu qeyd edərək, onun xatirəsinin Azərbaycanda daim ehtiramla anılacağını vurğulayıb.
Prezident İlham Əliyev həmçinin Azərbaycan–Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İliya həzrətlərinin rolunu xüsusi qeyd edib.
Zurab Pataradze isə səfirliyə gələrək başsağlığı verdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib.
Aylin Bayraməliyeva
