Bu gün:

Mark Rütte: NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır


Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan mühüm irəliləyişi müsbət qiymətləndirib.

Alyansın baş katibi Mark Rütten 

24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, avqust ayında sülh sazişinin paraflanması iki ölkə arasında münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. NATO bu çərçivədə hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayır.

Hesabatda həmçinin qeyd edilir ki, Cənubi Qafqaz regionu Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsirlərini hiss edir və bu baxımdan alyans üçün strateji əhəmiyyət daşıyır.

Bundan əlavə, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycanın tərəfdaş ölkələrlə qabaqcıl təcrübə mübadiləsini genişləndirdiyi bildirilib. “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq etdiyi qeyd olunub.

Sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin fəaliyyətinə də toxunulub. Hazırda 30 mərkəzin alyans tərəfindən akkreditasiyadan keçdiyi, daha 5 mərkəzin isə qiymətləndirmə mərhələsində olduğu vurğulanıb. NATO-ya üzv olan 32 dövlətin bu sistemdə təmsil olunduğu, həmçinin Azərbaycan da daxil olmaqla 8 tərəfdaş ölkənin bu fəaliyyətə töhfə verdiyi bildirilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et