“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Ağdamdan Xocalıya yollanıblar.

24media.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki,onlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
Səyyahlar memorial haqqında məlumat əldə ediblər.
Qeyd edək ki,“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu bölgələrin hamısında olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb.
“NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.Bu səfər işğaldan azad edilmiş ərazilərin black tourism çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib.Bu isə sayca 16-cı səfərdir.
Fidan Ağayeva
