Qarabağın keçdiyi inkişaf və modernləşmə səviyyəsi təsirləndirici məqam kimi qiymətləndirilib.

Banqladeşli səyyah Basant Sadasivan
24media.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki,bunu işğaldan azad edilmiş ərazilərə səfər edən banqladeşli səyyah Basant Sadasivan bildirib.
O qeyd edib ki,bu onun Qarabağa ikinci ümumilikdə isə Azərbaycana beşinci səfəridir və bölgədə gördüyü dəyişikliklər onu heyrətləndirib.
Səyyahın sözlərinə görə o bir il əvvəl bu ərazilərdə olub və həmin vaxt bir çox binalar mövcud deyildi,lakin 11 ay sonra geri qayıtdıqda hər şeyin daha müasir və gözəl göründüyünü müşahidə edib.
Basant Sadasivan bildirib ki,eyni mənzərəni Xankəndidə Şuşada və səfər etdiyi digər ərazilərdə də görüb.Onun fikrincə bu inkişaf hökumətin Azərbaycan xalqına göstərdiyi diqqət və öhdəliyin göstəricisidir.
Səyyah ümid etdiyini bildirib ki,gələcək səfərlərində də bu inkişaf davam edəcək və bölgənin yenidən çiçəkləndiyini müşahidə edəcək.
Fidan Ağayeva
