“NomadMania” səyahətçiləri Ağdamdan Xocalıya səfər edib.
Xocalı Soyqırımı Memorialı
APA-nın Qarabağ bürosu xəbər verir ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Ağdamdan Xocalıya yollanıblar.
Səyyahlar Xocalı Soyqırımı Memorialı ilə tanış olub və memorial barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə səfər edərək hazırda dünya üzrə I yerdə qərarlaşıb. Klub illik toplantısını ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-2025-ci illər ərzində dünyanın əsas səyyah klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səfərlər təşkil olunub və bu, sayca 16-cı səfərdir.
Aylin Bayraməliyeva
