Bu ilin yanvar-fevral aylarında Azərbaycandan nar ixracında azalma qeydə alınıb.
Narlar
24Media.az “Report”a istinadən xəbər verir ki, hesabat dövründə ölkə 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.
Məlumata görə, nar ixracından əldə olunan gəlirin Azərbaycanın ümumi ixrac gəlirlərində payı cüzi olaraq qalır.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib. Bunun 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 23,1 %, idxal isə 37,2 % azalıb.
Aylin Bayraməliyeva
