Azərbaycan millisinin “FIFA Series – 2026” turniri çərçivəsində Sent Lüsiya yığmasına qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Giorgi Kruaşvili
24Media.az “Report”a istinadən xəbər verir ki, AFFA-nın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona Levan Varamişvili və Giorgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma martın 27-də saat 19:00-da başlayacaq.
Aylin Bayraməliyeva
