Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və bir sıra Yaxın Şərq ölkələrinin Kiyevə müraciət etdiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski
24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski bildirib ki, müraciət İranın mümkün hücumlarının qarşısının alınması məqsədilə regiondakı ABŞ hərbi bazalarına dəstək məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya və Küveyt də Ukrayna ilə əlaqə saxlayıb.
Prezident qeyd edib ki, bəzi ölkələrlə artıq əməkdaşlığa başlanılıb və ukraynalı ekspert qrupları yerində vəziyyəti qiymətləndirir, təcrübələrini bölüşürlər.
O əlavə edib ki, regionda “Patriot”, “THAAD” və digər hava hücumundan müdafiə sistemləri olsa da, bu, tam təhlükəsizlik üçün kifayət etmir.
Zelenski həmçinin vurğulayıb ki, Ukrayna bəzi müdafiə vasitələrinin gələcək tədarükü ilə bağlı danışıqlar aparır və Yaxın Şərq ölkələrinin bu istiqamətdə dəstəyinə ümid edir.
Aylin Bayraməliyeva
