Bu gün:

İranın Bab əl-Məndəb boğazını bağlama ehtimalı regionu gərginləşdirir


İrana qarşı mümkün quru əməliyyatı regionda yeni gərginlik ocaqları yarada bilər.

Bakı,26 mart

24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, əgər İrana qarşı quru əməliyyatı başlanarsa, Tehran Bab əl-Məndəb boğazını bağlamaq variantını nəzərdən keçirə bilər. Məlumata görə, bu boğaz beynəlxalq dəniz nəqliyyatı üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən əsas dəniz dəhlizlərindən biridir və Süveyş kanalına yönələn gəmilərin əhəmiyyətli hissəsi məhz bu marşrutdan istifadə edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et