Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

24media.az Oxu.Az-a istinadən xəbər verir ki,Report məlumat yayıb ki,B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva yığmasına qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunas şəhərində yerləşən Raudondvario stadionunda start götürəcək.Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki,U-19 növbəti görüşünü martın 28 də Şimali İrlandiyaya qarşı keçirəcək.
Fidan Ağayeva
