Bu gün:

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

24media.az Oxu.Az-a istinadən xəbər verir ki,Report məlumat yayıb ki,B Liqasının altıncı qrupunda yer alan U 19 ilk görüşünü meydan sahibi Litva yığmasına qarşı keçirəcək.


Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunas şəhərində yerləşən Raudondvario stadionunda start götürəcək.Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki,U 19 növbəti görüşünü martın 28 də Şimali İrlandiyaya qarşı keçirəcək.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et