Bu gün:

Konor Makqreqor idmana qayıdıb:Elan edib


İki divizion üzrə keçmiş Ultimate Fighting Championship çempionu Conor McGregor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edildikdən sonra idmana qayıtdığını rəsmi şəkildə elan edib.

24media.az Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə döyüşçü Instagram hesabında paylaşım edib.


Şayiələr doğrudur Cənab Confident döyüşü xilas etmək üçün geri qayıdıb deyə o bildirib.


Qeyd edək ki,37 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində 22 qələbə 6 məğlubiyyət göstəricisinə malikdir O daha əvvəl yüngül çəkidə UFC çempionluq kəmərlərini qazanıb 2024-cü ildə üç dəfə dopinq testindən keçə bilməyib Bu isə qayda pozuntusu kimi qiymətləndirilib və o 20 mart 2026-cı ilədək 18 ay müddətinə diskvalifikasiya olunub.


Bildirilib ki, bu cür qayda pozuntularına görə standart cəza iki il təşkil etsə də Makqreqorun cəzası bir sıra yüngülləşdirici hallara görə azaldılıb.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et