İlham Əliyev martın 25-də AzərEnerji Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

24media.az president.az-a istinadən xəbər verir ki,“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına mərkəz barədə məlumat verib.
Qeyd olunub ki,Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt enerji tutumu isə 500 MVt saat olan enerji saxlanc mərkəzləri yaradılıb Bildirilib ki bu miqyasda layihə təkcə Azərbaycanda deyil ümumilikdə MDB məkanında ilkdir.
Layihə çərçivəsində “Abşeron” mərkəzində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA şirkətlərinin araşdırmalarına əsasən Azərbaycanda bərpaolunan enerji mənbələrinin təhlükəsiz inteqrasiyası üçün bu cür sistemlərin yaradılması zəruridir.
Mərkəzin 2 saat ərzində tam doldurulub boşaldıla bildiyi qeyd olunub Artıq enerji xüsusilə günəşli saatlarda toplanır və pik saatlarda avtomatik olaraq şəbəkəyə ötürülür.
Bildirilib ki bu sistemlər vasitəsilə enerji şəbəkəsində sabitlik qorunur tezlik və gərginlik tənzimlənir qəfil enerji çatışmazlıqları avtomatik aradan qaldırılır və sistemin etibarlılığı artır SCADA sistemi vasitəsilə real vaxt rejimində nəzarət təmin olunur.
Eyni zamanda günəş və külək enerjisində fasilələrin təsiri azalır enerji sisteminin bərpası asanlaşır və pik saatlarda tələbat daha rahat qarşılanır.
Mərkəzdə idarəetmə üçün xüsusi kompleks yaradılıb ərazidə müasir idarəetmə binası tikilib və abadlıq işləri aparılıb.
Dövlət başçısına bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası və rəqəmsal transformasiya barədə də məlumat verilib Qeyd olunub ki 2028-ci ilədək 2100 MVt-dan çox yaşıl enerji gücü şəbəkəyə qoşulacaq.
“AZURE” layihəsi çərçivəsində “Nəvahi” qovşağının ölkənin əsas enerji mərkəzlərindən birinə çevrilməsi istiqamətində əsas işlər artıq yekunlaşıb Müxtəlif istiqamətlər üzrə yüzlərlə kilometr uzunluğunda yüksək gərginlikli ötürmə xətləri çəkilib və yeni xətlərin inşası planlaşdırılır.
Son 7 ildə minlərlə kilometr fiber optik kabel infrastrukturu yaradılıb və yüzlərlə enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub Enerji sistemində süni intellekt əsaslı diaqnostika və proqnozlaşdırma texnologiyaları tətbiq olunur.
Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır Həmin dövrədək 8 GVt bərpaolunan enerji güclərinin yaradılması nəzərdə tutulur.
Yaşıl enerjinin Qara dəniz kabeli və digər layihələr vasitəsilə Avropaya ixracı əsas hədəf kimi müəyyən edilib.
Sonda Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.
Fidan Ağayeva
