Avropa Komissiyası Rusiya neftinin idxalına daimi qadağa ilə bağlı təklifin təqdimatını təxirə salmaq qərarı verib.

24media.az APA-ya istinadən xəbər verir ki,bu barədə İtaliyanın L’AntiDiplomatico nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən təklifin ilkin olaraq 15 aprel tarixində müzakirəyə çıxarılması planlaşdırılırdı. Lakin Avropa İttifaqı-nın yenilənmiş qanunvericilik planına əsasən, müzakirələr “müəyyən olunmamış müddətə” təxirə salınıb.
Bildirilir ki, bu qərar Yaxın Şərqdə müşahidə olunan gərginliyin artması fonunda qəbul edilib. Avropa strukturlarından verilən açıqlamada qeyd olunub ki, qanun layihəsinin təqdimatı “mövcud geosiyasi vəziyyət nəzərə alınaraq” ertələnib.
Fidan Ağayeva
