Bu gün:

Türkiyə İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir


Türkiyə, İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi istiqamətində vasitəçi rolunu davam etdirir.

24media.az APA-ya istinadən xəbər verir ki,“Reuters” məlumat verir ki, bunu Türkiyənin hakim partiyasının xarici əlaqələr üzrə sədr müavini Harun Armağan bildirib.


O qeyd edib ki, Ankara tərəflər arasında mesajların ötürülməsində aktiv iştirak edir. Mesajların məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, onların Körfəz ölkələrinə də çatdırıldığı vurğulanıb.


Harun Armağanın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində regionda gərginlik artıb və bu prosesə bəzi Körfəz ölkələri də cəlb olunub.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et