Bu gün:

İsrail Tehranda raket istehsalı obyektlərinə zərbə endirib


İsrailin Hərbi Hava Qüvvələri Tehranda yerləşən və qanadlı raketlərin istehsalında istifadə olunduğu iddia edilən iki obyektə hava zərbələri endirib.

İsrail bayrağı fonunda əsgər


24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hədəfə alınan obyektlərdə İranın dəniz qüvvələrinin arsenalına daxil edilən qanadlı raketlər istehsal olunurdu.

Məlumatda qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin qırıcıları həm dənizdə, həm də quruda hədəfləri məhv etməyə qadir olan uzaqmənzilli raketlərin hazırlanması və istehsalı üçün istifadə edilən infrastrukturu vurub.

Hadisə ilə bağlı İran tərəfinin mövqeyi və mümkün nəticələr barədə hələlik əlavə məlumat verilməyib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et