Bu gün:

İran Ərbil hava limanına zərbə endirib


İran silahlı qüvvələri İraqın Ərbil şəhərində yerləşən hava limanında ABŞ hərbçiləri və kürd silahlı qruplaşmalarına məxsus mövqelərə raket zərbələri endirdiyini bildirib.

Raket zərbəsinin nəticəsində yaranan nəhəng qara duman

24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına əsasən məlumat yayıb.

Bildirilib ki, əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və silahlı qruplaşmaların toplandığı ərazi “yer-yer” tipli raketlərlə hədəfə alınıb.

Məlumata görə, zərbə endirilən ərazi ABŞ əməliyyatlarının təminat və idarəetmə mərkəzlərindən biri kimi təqdim olunur. İran tərəfi həmin zonada hərbi texnikanın yerləşdirildiyini iddia edir.

Hadisə ilə bağlı digər tərəflərin mövqeyi və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et