Macarıstan Ukraynaya qaz tədarükünü dayandırmaq qərarı verib.
Macarıstanın Baş naziri Viktor Orban
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, qərar hökumətin iclasında qəbul olunub və Ukrayna “Drujba” boru kəməri ilə Rusiya neftini alana qədər qüvvədə olacaq.
“Nə qədər ki Ukrayna neft tədarük etmir, o, Macarıstandan qaz almayacaq. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzinin sabit qiymətlərini və qazın azaldılmış tariflərini saxlayacağıq”, – deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, Ukraynaya qaz tədarükü mərhələli şəkildə dayandırılacaq. Eyni zamanda, ölkə daxilində qaz ehtiyatlarının artırılması nəzərdə tutulur və mövcud resurslar daxili bazarda saxlanılacaq.
Aylin Bayraməliyeva
