Madrid təmsilçisi “Barselona”nın hücumçusunu heyətinə qatmaq niyyətindədir.
“Barselona” klubunun hücumçusu Ferran Torres
24Media.az “Report”a istinadən xəbər verir ki, İspaniyanın “Barselona” klubunun hücumçusu Ferran Torres La Liqanın digər təmsilçisi “Atletiko”nun maraq dairəsinə düşüb.
Məlumata görə, “göy-qırmızılılar” qarşıdakı transfer pəncərəsində 26 yaşlı futbolçu ilə bağlı təklifləri dinləməyə hazır olduqlarını bildiriblər. Oyunçunun transferində “Atletiko”nun idman direktoru Mateu Alemani şəxsən maraqlıdır. O, daha əvvəl “Barselona”da çalışarkən Torresin komandaya keçidində əsas rol oynayıb.
Qeyd edək ki, Ferran Torresin hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Aylin Bayraməliyeva
