Bu gün:

Larri Fink: Neftin 150 dollara qədər bahalaşması dünyanı qlobal tənəzzülə aparacaq


Neft qiymətlərinin kəskin artımı dünya iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.

BlackRock” şirkətinin rəhbəri Larri Fink

24Media.az “Report”a istinadən xəbər verir ki, bunu “BlackRock” şirkətinin rəhbəri Larri Fink BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, neftin bir barelinin qiymətinin 150 dollara qədər yüksəlməsi qlobal iqtisadi tənəzzülə səbəb ola bilər. Fink qeyd edib ki, hazırda dünya iqtisadiyyatının vəziyyəti əsasən Yaxın Şərqdəki proseslərdən və İranın bu münaqişədəki rolundan asılıdır.

O bildirib ki, hadisələrin inkişafı üçün iki əsas ssenari mövcuddur: ya vəziyyət sabitləşəcək və qiymətlər əvvəlki səviyyəyə qayıdacaq, ya da neftin qiyməti uzun müddət 100–150 dollar aralığında qalacaq.

Finkin fikrincə, enerji qiymətlərinin artması xüsusilə aşağı gəlirli təbəqəyə daha ciddi təsir göstərir: “Enerji qiymətlərinin artımı reqressiv vergi kimidir və kasıblara daha çox zərbə vurur”.

O əlavə edib ki, qeyri-sabitlik şəraitində ölkələr mövcud resurslardan daha səmərəli istifadə etməli, eyni zamanda alternativ enerji mənbələrinə keçidi sürətləndirməlidirlər. Finkin sözlərinə görə, yüksək neft qiymətləri yaxın illərdə günəş və külək enerjisinə keçidi daha da sürətləndirə bilər.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et