Rusiyada qlobal enerji bazarındakı dəyişikliklər fonunda daxili yanacaq təminatı ilə bağlı təcili addımların atılması zəruri hesab olunur.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak
24Media.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, hazırda dünya bazarında neft məhsullarının qiymətləri və krək-spredlər (neftlə ondan əldə edilən məhsullar arasındakı qiymət fərqi) artıb və bu, daxili bazarın sabitliyinə təsir göstərir.
Novak qeyd edib ki, mövcud şəraitdə enerji şirkətləri, Energetika Nazirliyi və hökumət daxili bazarın etibarlı təmin olunması və yanacaqdoldurma məntəqələrində qiymət sabitliyinin qorunması üçün operativ tədbirlər görməlidir.
O əlavə edib ki, məsələ mürəkkəb olsa da, onun həlli təxirəsalınmazdır.
Aylin Bayraməliyeva
